image-1backend

FIFA prezidentliyinə namizədlər açıqlanıb

image-ads-728x90

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) qurumun prezidentliyi uğrunda mübarizə aparacaq namizədlərin adlarını açıqlayıb.

Korrekt.az xəbər verir ki, FIFA-nın rəsmi saytında yayılan məlumata görə, prezident postuna üç namizədliyini irəli sürüb. Bunlar Fransa Futbol Federasiyasının prezidenti Filip Diallo, Yaponiya Futbol Assosiasiyasının sabiq rəhbəri Kodzo Taşima və hazırkı FIFA prezidenti Canni İnfantinodur.

Filip Diallo UEFA-nın dəstəyini alan namizəddir. Kodzo Taşima 2015-ci ildən FIFA Şurasının üzvüdür və əvvəllər Yaponiya Futbol Assosiasiyasına rəhbərlik edib. Canni İnfantino isə 2016-cı ildən FIFA prezidentidir.

Qeyd edək ki, FIFA Baş Katibliyinə üç namizədlik təqdim olunub. Namizədlərin irəli sürülməsi ilə bağlı bütün yoxlamalar və tələblərə uyğunluq prosedurları başa çatdıqdan sonra onların yekun təsdiqi 2027-ci il fevralın 18-də həyata keçiriləcək.

FIFA prezident seçkiləri isə 2027-ci il martın 18-də Mərakeşin paytaxtı Rabat şəhərində keçiriləcək.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki