image-1backend

 Trampa kəhrəba ilə bəzədilmiş xüsusi kreslo hədiyyə edilib

image-ads-728x90

Polşa Prezidenti Karol Navrotski ABŞ Prezidenti Donald Trampa kəhrəba ilə bəzədilmiş xüsusi kreslo hədiyyə edib.

Korrekt.az xəbər verir ki, bu barədə Polşanın TVN24 telekanalı məlumat yayıb.

Bildirilib ki, Navrotski 2026-cı ilin iyununda ABŞ-nin Müstəqillik Bəyannaməsinin 250 illiyi və Donald Trampın 80 illik yubileyi münasibətilə Vaşinqtona səfəri zamanı Amerika liderinə iki hədiyyə təqdim edib.

Hədiyyələrdən birinin Vaşinqtonda inşa edilməsi planlaşdırılan zəfər tağı üçün nəzərdə tutulan mərmər lövhə olduğu rəsmən açıqlansa da, ikinci hədiyyənin məzmunu indiyədək ictimaiyyətə məlum olmayıb.

TVN24-ün məlumatına görə, gizli saxlanılan hədiyyə kəhrəba işləmələri ilə zəngin şəkildə bəzədilmiş xüsusi kreslodur. Əsərin müəllifi polşalı sənətkar Luçyan Mırta olub.

Maraqlı məqam ondan ibarətdir ki, kreslo əslində Polşanın keçmiş Prezidenti Andjey Dudanın sifarişi ilə hazırlanıb. Hələ onun prezidentliyi dövründə kreslonun Trampa hədiyyə edilməsi planlaşdırılsa da, bu niyyət reallaşmayıb.

Polşa Prezidentinin Aparatının Beynəlxalq Siyasət Bürosunun rəhbəri Marçin Pşidaç da hədiyyənin böyük təəssürat yaratdığını bildirib.

Qeyd olunur ki, Polşa Prezidentinin Aparatı kreslo ilə bağlı məlumatı uzun müddət məxfi saxlayıb. Hətta yüksəkvəzifəli dövlət rəsmilərinin bir qismi də hədiyyənin mövcudluğundan xəbərsiz olub.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki