Ermənistan və Türkiyə Marqara (Türkiyə tərəfində Alican sərhəd qapısı adlanır) hissəsində ikinci körpü tikməyi planlaşdırır.
Bu barədə Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan hökumət iclasında bildirib.
Ermənistanın baş naziri Nikol Paşinyan öz növbəsində qeyd edib:
“Biz Türkiyə ilə körpü tikmək, İranla körpü və daha böyük gömrük məntəqəsi tikmək, Gürcüstanla isə ötürmə qabiliyyətimizi artırmaq barədə danışıqlar aparırıq. Şimal-Cənub sərhədinin tikintisi sürətlə davam edir və biz TRIPP layihəsinin icra proqramına daxil oluruq.
Biz Azərbaycanla Ermənistan-Azərbaycan sərhədinin yenidən açılması üçün strateji planlaşdırma üzrə danışıqlar aparırıq. Bu, “Sülh Kəsişməsi” layihəsinin praktiki tətbiqidir”.





















