image-1backend

BDU-nun müəllimi rektorun qurbanı olub? – Xanımı danışdı

image-ads-728x90

“İnformasiyanı bilirsiniz, xəbər doğrudur. O, bir rektorun qurbanı oldu”.

Bu sözləri Kult.az-a açıqlamasında tanınmış jurnalist Şərəf Cəlili həyat yoldaşı, Bakı Dövlət Universitetinin (BDU) müəllimi Nəriman Süleymanovun (Qocatürk) qəfil vəfatı ilə bağlı danışarkən deyib.

“Sərəncama diqqət edin, bu barədə sonra açıqlama olacaq”, – Ş.Cəlili bildirib və əlavə məlumat verməyib.

Şərəf Cəlilinin bu gün BDU-nun rektoru Elçin Babayevin vəzifədən azad edilməsini nəzərdə tutduğu təxmin olunur. Ancaq təfərrüat məlum deyil.

Xatırladaq ki, bir neçə gün öncə N.Süleymanovun adı tələbələrinə qarşı qeyri-etik hərəkətlərə yol verməkdə hallanmışdı.

N.Süleymanov 1967-ci ildə İsmayıllı rayonunun Quşencə kəndidə doğulub. 1990-95-ci illərdə BDU-nun Filologiya fakültəsində təhsil alıb. O, ali təhsilindən sonra fəaliyyətini BDU-da davam etdirib, Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının baş müəllimi idi.

Kafedranın müdiri sabiq deputat, professor Rəbiyyət Aslanovadır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki