image-1backend

Sırskı: Rusiya  daha üç yaşayış məntəqəsini ələ keçirib

image-ads-728x90

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırskı Zaporojye vilayətində vəziyyətin kəskinləşdiyini bildirib. Korrekt.az xəbər verir ki, onun sözlərinə görə, Rusiya ordusu hava şəraitindən – sıx dumanlardan istifadə edərək Ukrayna mövqeləri arasında infiltrasiyaya cəhd edir.

Baş Komandan öz Telegram kanalında qeyd edib ki, hazırda Rusiya ordusu  əsasən Pokrovske istiqamətində fəallığını artırıb və bu istiqamətdə bütün döyüşlərin təxminən 40 faizi baş verir. “Rusiya ordusu  burada ciddi itkilər versə də, hücumlarını dayandırmır,” – deyə Sırskı vurğulayıb.

O, həmçinin bildirib ki, Ukrayna bölmələri çətin şəraitdə əks-hücum və axtarış-zərbə əməliyyatlarını davam etdirir. Əsas döyüş istiqamətləri kimi Kupiansk və Seversk qeyd olunur.

Sırskı əlavə edib ki, Zaporojye vilayətində vəziyyət xüsusilə Aleksandrovske və Qulyaypole istiqamətlərində pisləşib:

“Rusiya , qüvvə və texnika baxımından say üstünlüyündən istifadə edərək şiddətli döyüşlər zamanı irəliləyib və üç yaşayış məntəqəsini ələ keçirib. ‘Cənub’ Qrupunun döyüşçüləri Rovnopolye və Yablokovo uğrunda ağır döyüşlər aparırlar. Eyni zamanda, birləşmiş atəşlərlə düşmənə ciddi itkilər yetirilir.”

General qeyd edib ki, “Ukraynanın hər bir metri Rusiyaya yüzlərlə hərbçinin həyatı bahasına başa gəlir.” Onun sözlərinə görə, son üç sutka ərzində Rusiya tərəfi təxminən 800 canlı qüvvə və 100-dən çox hərbi texnika itirib.

Sırskı əlavə edib ki, Ukrayna ordusu uzunmənzilli zərbə vasitələrinin – “Neptun”, “Flamingo” raketləri və reaktiv dronların tətbiqini artırır:

“Bu silahlar düşmənə ciddi zərbələr endirir.”

Eyni zamanda, Henicheskin meri və “Osman” ləqəbli döyüşçü Stanislav Bunyatov “Snayper+” “Telegram” kanalında bildirib ki, 2026-cı ildə Zaporojye cəbhəsinin sağ cinahında vəziyyətin çökmə ehtimalı var. Onun sözlərinə görə, bu, Avdiyivka və Oçeretinedən sonra Donbasdakı vəziyyətə bənzər ssenari ola bilər.

Bunyatov xəbərdarlıq edib ki, əgər indiki vəziyyətə vaxtında reaksiya verilməzsə, nəticə “faciəvi” ola bilər.

Keçmiş Baş Qərargah sözçüsü Vladislav Seleznyov hesab edir ki, Zaporojye istiqamətində vəziyyətin sabitləşməsi Ukraynanın əlavə ehtiyat qüvvələri səfərbər edə bilməsindən asılı olacaq. O, Qulyaypole ətrafında risklərin artdığını və Rusiyanın bu bölgədə genişmiqyaslı hücumlarını davam etdirdiyini bildirib.

Digər hərbi ekspert, keçmiş SBU əməkdaşı İvan Stupak isə qeyd edib ki, Rusiya qüvvələri Qulyaypoleni şimaldan mühasirəyə almağa və yeni “halqa” yaratmağa çalışır. Onun sözlərinə görə, düşmən dağıdılmış Kaxovka su anbarının yatağından istifadə edərək Stepnoqorsk istiqamətindən hücum cəhdləri göstərə bilər.

image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki