Sumqayıt şəhərində şirkətlərdən birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb.
Korrekt.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş F.Nəbiyev saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs həmin şirkətdə mühafizəçi işləyib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.





















