İranın Asiya sularında tankerlərdə saxladığı milyonlarla barel xam neft ehtiyatının tükəndiyi bildirilir.
Korrekt.az-ın “The Wall Street Journal” qəzetinə istinadən verdiyi məlumata görə, ABŞ-nin davam edən dəniz blokadası nəticəsində İranın üzən neft ehtiyatları oktyabrın ortalarınadək tükənib.
Nəşrin yazdığına görə, blokada İranın ənənəvi olaraq Çinə göndərdiyi neft ehtiyatlarını yeniləməsinə mane olub. Mənbələrdən biri bildirib ki, İranın hazırda Çində boşaldılmaq üçün gözləyən üzən neft ehtiyatı qalmayıb.
Tankerlərdə saxlanılan neft İranın ABŞ sanksiyalarından yan keçərək əsas alıcısı olan Çinə xam neft çatdırmaq üçün istifadə etdiyi ixrac sisteminin mühüm hissəsi hesab olunur.
Nəşr qeyd edir ki, neftin yük maşınları ilə quru yolu vasitəsilə daşınması kimi alternativ üsullar dəniz yolu ilə ixrac edilən neft həcmlərini tam əvəz edə bilmir.
Məlumatda blokadanın İranın neft ixracına və gəlirlərinə təsirinin davam edə biləcəyi vurğulanır.





















