image-imagesbackend

Arzuman Muradlı: Türkiyə-Azərbaycan qardaşlığına xələl gətirən addımlar qəbuledilməzdir

image-ads-728x90

“Türkiyə-Azərbaycan qardaşlığı əbədidir. Bu qardaşlığa ləkə gətirən, münasibətlərə xələl yetirən addımlar dövlətə və vətənə xəyanətdir”.

Bunu politoloq Arzuman Muradlı açıqlamasında bildirib.

Politoloqun sözlərinə görə, Ankarada keçiriləcək tarixi görüş ərəfəsində təxribat xarakterli addımların atılması xüsusi diqqət çəkir.

“Belə bir mühüm görüş ərəfəsində təxribatçı addımların atılması həm görülən, həm də qarşıdakı dövrdə görülməsi nəzərdə tutulan işlərə zərbə vurmaq məqsədi daşıyır. Türkiyə ilə Azərbaycan arasında mövcud olan strateji tərəfdaşlıq və qardaşlıq münasibətlərinin pozulmasına yönələn hər hansı cəhd qəbuledilməzdir”, – deyə A.Muradlı qeyd edib.

Politoloq bildirib ki, iki ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsi həm Azərbaycan, həm də Türkiyənin milli maraqlarına xidmət edir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki