image-1backend

ABŞ  müharibə hazırlıqlarına BAŞLADI 

image-ads-728x90

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı zərbə qrupunu göndərir – The Jerusalem Post

Korrekt.az xəbər verir ki, bu xəbər ABŞ-ın müdafiə naziri Pit Heqsetin İsrailin Ovda aviabazasında Binyamin Netanyahu ilə gizli görüş keçirməsindən bir gün sonra üzə çıxıb.

“USS Theodore Roosevelt” aviadaşıyıcı gəmisinin zərbə qrupunun və Dəniz Piyadalarının 13-cü ekspedisiya briqadasının noyabrın sonuna qədər bölgəyə çatacağı gözlənilir.

Bu qüvvələrin göndərilməsi ABŞ-nin Yaxın Şərqdəki hərbi mövcudluğunu təxminən 10 000 hərbi qulluqçu – dənizçi və dəniz piyadası qədər artıracaq.

“USS Theodore Roosevelt” bölgədə hazırda mövcud olan “USS George H.W. Bush” və “USS George Washington” aviadaşıyıcı gəmilərinə qoşulacaq.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki