image-1backend

Ukrayna Novorossiysk limanını VURDU

image-ads-728x90

Rusiyanın Novorossiysk limanına ötən gecə həyata keçirilən dron hücumu nəticəsində neft terminalında güclü yanğın baş verib.

Əldə edilən məlumatlara görə, hücumun hədəfi Transneft boru kəmərləri üçün son nöqtə olan və Rusiyanın Qara dəniz vasitəsilə neft ixracında strateji əhəmiyyət daşıyan Şesxaris terminalı olub. Yerli əməliyyat qrupunun verdiyi məlumata görə, hücum nəticəsində terminalın neft anbarı və sahil obyektləri ziyan görüb.

Korrekt.az xəbər verir ki, hücum zamanı limandakı bir gəminin də zədələndiyi, üç ekipaj üzvünün yaralandığı və dron parçalarının müxtəlif ərazilərə düşdüyü bildirilib. Həmçinin, bir neçə yaşayış binasına da ziyan dəyib.

Bundan əlavə, “Krım küləyi” kanalının məlumatına görə, hücum zamanı Rusiyanın Krasnodar diyarında yerləşən S-300/400 zenit-raket mövqelərinin də vurulması ehtimalı var. “Kalibr” raket anbarının da hədəf alındığı barədə məlumatlar yayılıb.

Digər tərəfdən, pilotsuz təyyarələrin hücumlarına Rusiyanın Saratov şəhəri də məruz qalıb. Yerli sakinlər, hücumun yerli neft emalı zavoduna edildiyini bildiriblər. Saratov vilayətinin qubernatoru, hücum nəticəsində mülki infrastruktura ziyan dəydiyini qeyd edib.

Rusiyanın Müdafiə Nazirliyi, gecə ərzində hava hücumundan müdafiə sistemlərinin 216 pilotsuz uçan aparatı vurduğunu, bunlardan 66-sının Krasnodar diyarında, 45-inin Saratov vilayətində və 19-unun ilhaq edilmiş Krımda vurulduğunu açıqlayıb.

Bu hücumlar, bir neçə həftə əvvəl Rusiya Federasiyasının Tuapse şəhərindəki neft terminalına edilən dron hücumunun ardınca baş verir. Həmin hücumda bir tanker və liman infrastrukturunun zədələndiyi bildirilmişdi.

image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki