image-1backend

Abid Şərifov: “86 yaşlı adamın səhhətində nə irəliləyiş olacaq?”

image-ads-728x90

“İndi nisbətən babatam. Ev şəraitində müalicəm davam edir”.

Bunu “Yeni Sabah”a açıqlamasında Baş nazirin sabiq müavini Abid Şərifov bildirib.

O, səhhətində irəliləyiş olub-olmaması barədə suala cavab olaraq deyib:

“Mənim 86 yaşım var. 86 yaşlı adamın səhhətində nə irəliləyiş olacaq? Buna da şükür. Əvvəlki ilə müqayisədə indi nisbətən hərəkət edə bilirəm”.

Qeyd edək ki, Abid Şərifov 1940-cı ildə Şəkidə anadan olub. O, 1995-ci ildən 2018-ci ilə qədər Baş nazirinin müavini vəzifəsində çalışıb.

A.Şərifov ötən ilin oktyabrında insult keçirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki