Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülərə başsağlığı məktubu ünvanlayıb.
Başsağlığına səbəb Türkiyənin Malatya vilayətində S-70 tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində dörd hərbi qulluqçunun həlak olmasıdır.
Zakir Həsənov məktubunda faciəvi hadisədən dərindən kədərləndiyini bildirib, həlak olan hərbçilərə Allahdan rəhmət diləyib və onların ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı verib.
Azərbaycan müdafiə naziri məktubunu “Allah rəhmət eləsin” sözləri ilə tamamlayıb.





















