image-1backend

Peşə təhsili müəssisələrində çalışan 250 müəllim üçün metodiki dəstək təlimləri keçirilib

image-ads-728x90

Peşə təhsili müəssisələrində çalışan müəllim və istehsalat təlimi ustaları üçün təşkil olunan respublika miqyaslı metodiki dəstək təlimləri başa çatıb.

Korrekt.az xəbər verir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin fəaliyyət planına uyğun olaraq keçirilən təlimlərin əsas məqsədi təhsilverənlərin peşəkarlıq səviyyəsini yüksəltmək və tədris prosesinin keyfiyyətini artırmaq olub.

Bakı şəhəri ilə yanaşı, ölkənin müxtəlif regionlarını əhatə edən təlimlərdə ümumilikdə 43 peşə təhsili müəssisəsindən 250 müəllim və istehsalat təlimi ustası iştirak edib.

İnteraktiv formatda təşkil olunan təlimlər zamanı sinif və emalatxanaların idarə edilməsi, tədrisin səmərəliliyinin artırılması, müəllimin tədris prosesində rolu və pedaqoji bacarıqların inkişafı məsələləri müzakirə olunub.

Proqram çərçivəsində müəllimlərin sinifdə baş verən proseslərə nəzarət etməsi, dərsin ardıcıllığının qorunması, qayda və prosedurların düzgün tətbiqi kimi mövzulara diqqət yetirilib.

Bununla yanaşı, tədris mühitində yarana biləcək intizam pozuntuları və münaqişələrin cəzalandırma yolu ilə deyil, anlaşma və bərpa prinsipləri əsasında həlli nəzərdə tutan 4R Strategiyası (Refleksiya, Məsuliyyət, Bərpa və Yenidən İnteqrasiya) barədə ətraflı məlumat verilib. İştirakçılar emosional baxımdan təhlükəsiz və inklüziv tədris mühitinin yaradılmasına dair praktiki tapşırıqları yerinə yetiriblər.

Təlimlərdə, həmçinin differensial təlim metodları, tədris məzmununun, prosesin və nəticələrin tələbələrin fərdi ehtiyaclarına uyğunlaşdırılması məsələləri əhatə olunub. Eyni zamanda, tələbələrin motivasiyasının artırılmasına xidmət edən cəmiyyətə xidmət layihələrinin peşə təhsili sistemində tətbiqi imkanları nəzərdən keçirilib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki