image-1backend

Ağ Ev ABŞ-ın İrana hava hücumları həyata keçirə biləcəyini istisna etməyib

image-ads-728x90

ABŞ prezidenti Donald Tramp Amerika ordusunun gücündən İrana qarşı istifadə etməkdən çəkinməyəcəyini açıqlayıb.

Korrekt.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Levitt “Fox News” kanalına verdiyi müsahibədə bildirib.

Levittin sözlərinə görə, Tramp həmişə diplomatiyanı birinci seçim olaraq görüb və bu siyasət bundan sonra da davam edəcək. Lakin prezident zəruri hesab etdiyi halda ölümcül gücdən və Amerika ordusunun qüdrətindən istifadə etməkdən çəkinməyəcək.

“Prezident hava hücumları da daxil olmaqla, İrana qarşı istənilən hərəkətə açıqdır. Diplomatiya isə ABŞ prezidentinin üstünlük verdiyi seçim olaraq qalır”, – deyə Levitt əlavə edib.

O həmçinin xatırladıb ki, bir neçə ay əvvəl İranın ən güclü aktivlərindən biri olan nüvə proqramı Amerika ordusu tərəfindən məhv edilib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki