Korrekt.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp, mərhum maliyyəçi Cefri Epşteynin elektron poçtları ilə bağlı sual verən qadın jurnalisti “donuz” adlandırıb. Hadisədən dörd gün keçməsinə baxmayaraq, prezidentin bu ifadəni konkret olaraq hansı jurnalistə ünvanladığı hələ də dəqiq bilinmir. “New York Post” prezident təyyarəsi — Air Force One — boardunda baş verən insidentlə bağlı məlumat yayıb.
Hadisənin cümə günü baş verdiyi və Ağ Ev müxbirlərinin bir neçəsi tərəfindən ətraflı təsvir edildiyi bildirilir. Bu an rəsmi avdio yayımda da eşidilib.
Tramp, Epşteynin cinsi alver işi ilə bağlı mümkün əlaqələri haqqında israrla sual verməyə davam edən jurnalistə:
“Sakit ol, donuz.” — deyə cavab verib.
Jurnalist daha sonra bildirib ki, prezidentin davranışı, guya Epşteyn işinin sənədlərində onun barəsində ittihamedici materiallar varmış kimi təsir bağışlayırdı. Tramp əvvəlcə sualı görməzdən gələrək başqa müxbirə söz vermək üçün əl işarəsi edib, ardınca isə həmin qadına hədə-qorxu dolu baxışla işarə edib.
Ağ Evi izləyən digər jurnalistlərin sözlərinə görə, sözügedən qadın Bloomberg media qurumunun əməkdaşıdır. Lakin həmkarları onun adını açıqlamır. ABŞ mediası yalnız jurnalistin qadın olduğunu bildirməklə kifayətlənib.





















