image-images-1backend

 Pezeşkian ABŞ-a şərt qoydu: “Təhdidlərlə danışıq aparmaq mümkün deyil”

image-ads-728x90

İran prezidenti Məsud Pezeşkian ABŞ ilə danışıqların mümkün olması üçün Vaşinqtonun Tehrana qarşı təzyiq və təhdid siyasətinə son qoymalı olduğunu bildirib.

Korrekt.az xəbər verir ki, bu barədə İranın Tasnim xəbər agentliyi məlumat yayıb.

Pezeşkianın sözlərinə görə, ABŞ ilk növbədə İran xalqının hüquqlarını tanımalı, təzyiq və təcavüz siyasətindən əl çəkməlidir.

İran prezidenti qeyd edib ki, yalnız bundan sonra tərəflər bir araya gələrək dialoq aparmaq imkanını nəzərdən keçirə bilərlər.

“Bütün yolları bağlayıb hədə-qorxu gəlmək, eyni zamanda danışıqlardan bəhs etmək mümkün deyil”, – deyə Məsud Pezeşkian vurğulayıb.

Tehran və Vaşinqton arasında münasibətlərin gərgin olaraq qaldığı bir vaxtda İran prezidentinin bu açıqlaması iki ölkə arasında mümkün diplomatik təmasların şərtləri ilə bağlı mövqeyini bir daha ortaya qoyur.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki