image-1backend

İran ABŞ-yə məxsus MQ-9 pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb

image-ads-728x90

İran Ordusu Hörmüz boğazının şərqində ABŞ-yə məxsus MQ-9 tipli pilotsuz uçuş aparatının (PUA) vurularaq məhv edildiyini iddia edib.

Korrekt.az xəbər verir ki, bu barədə “Fars News” məlumat yayıb.

Bildirilib ki, ABŞ-yə məxsus pilotsuz uçuş aparatı İranın cənub-şərqində yerləşdirilən hava hücumundan müdafiə sistemləri tərəfindən aşkar edilərək vurulub.

Hadisə ilə bağlı ABŞ tərəfinin açıqlaması hələlik məlum deyil. PUA-nın vurulması barədə məlumatın müstəqil təsdiqi də yoxdur.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki