Sankt-Peterburqda 1960-cı illərə aid keçmiş Ümumittifaq Sellüloza və Kağız Sənayesi Elmi Tədqiqat İnstitutunun binasının sökülməsi gözlənilmədən miqrantlara, xüsusilə də azərbaycanlılara qarşı növbəti dəfə nifrət aksiyasına çevrilib.
Korrekt.az Rusiya mediasına istinadən xəbər verir ki, sözügedən bina 1955-1957-ci illər arasında memarlar Juravlev və Filippova tərəfindən layihələndirilib.
Yanvarın 8-də Sankt-Peterburqda tikinti işləri ilə bağlı narazılıqlar fonunda yerli sakinlər və miqrantlar arasında toqquşmalar baş verib. Münaqişə zamanı aqressiv və ksenofob şüarlar səsləndirilib, o cümlədən “Sankt-Peterburq Bakı deyil, şəhərdən rədd olun” şüarları səsləndirilib.

Etirazçılar iddia edirlər ki, miqrantları işə götürən tikinti şirkətləri qanunla qorunan tarixi binaları dağıdır. Bldirilir ki, qarşıdurma zamanı təxminən 19 nəfər saxlanılıb. Şahidlərdəın biri iddia edib ki, söküntü üçün əraziyə beş avtobus miqrant və qafqazlı- bəziləri narkotik qəbul edən və aqressiv olan gənc kişilər-gətiriblər. “Onlar binanın ətrafına hasar çəkiblər, sonra bütün təhlükəsizlik qaydalarına məhəl qoymadan, söküntü avadanlıqlarını binaya gətiriblər, hətta şəxsi nəqliyyat vasitələrini belə çıxarmağa imkan verməyiblər” şahidlərdən biri deyib. Videolarda üçmərtəbəli binanın yuxarı iki mərtəbəsinin artıq qismən söküldüyü və ərazidəki fəallara baxmayaraq, ekskavatorun işini davam etdirdiyi görünür. Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin məlumatına görə, 8 yanvarda 11 etirazçı saxlanılıb. Sankt-Peterburq İstintaq Komitəsi bəyan edib ki, binanın sökülməsinin qanunidir və tikinti şirkətinin 2027-ci ilin sonuna qədər qüvvədə olan çoxmərtəbəli bina tikmək üçün icazəsi var.

“Qeyd etmək lazımdır ki, vətəndaşların fəaliyyət qruplarının dəfələrlə müraciətlərindən və məhkəmə proseslərindən sonra bina mədəni irs obyekti kimi tanımayıb və məhkəmə tikinti icazəsini ləğv etmək tələblərini rədd edib”, – deyə Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş İstintaq İdarəsi rəsmisi Natalya Lastkina bildirib.
Musavat.com ehtimal edir ki, etirazlarda Bakının adının hallanmasının başqa bir səbəbi də ola bilər. Söhbət Sankt-Peterburqun bakılı qubernatoru Aleksandr Beqlovdan gedir. Azərbaycanda bir neçə dəfə səfərdə olmuş Beqlov 1956-cı il mayın 19-da Bakıda doğulub. 1941-ci il yayın əvvəlində onun valideynləri Bakıya istirahətə gəliblər. Valideynləri burada olanda müharibə başlayıb. Atasını dərhal cəbhəyə göndəriblər, anası isə iki yaşlı oğlu və dörd yaşlı qızı ilə birlikdə yad şəhərdə tək qalıb. Atasının dostları onları burada himayə ediblər. Beqlovun atası İkinci Dünya müharibəsi başa çatana qədər cəbhədə olub və yalnız 1946-cı il ərəfəsində Bakıya qayıdıb. Onların ailəsi Azərbaycanda qalmağı qərara alıb.

Aleksandr Beqlov 2019-cu ildən qubernatordur. Sankt-Peterburq qubernatoru indiyədək şəhərə rəhbərlik edənlər sırasında ən çox tənqid edilən məmurdur. Hətta Beqlovun istefası ilə bağlı petisiyada 1,3 milyondan çox sakin səs vermişdi. Amma buna baxmayaraq, 2024-cü il seçkisində də yenidən 5 il müddətinə qubernator seçilib.
Əlavə məlumat veriləcək.Musavat.com





















