image-1backend

Dünyanın ən məşhur casusu   həbsxanada vəfat etdi

image-ads-728x90

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tarixinin ən məşhur casuslarından biri, Aldriç Eyms, Merilend ştatının Kamberlend şəhərindəki islah müəssisəsində vəfat edib. Korrekt.az-ın  BBC-yə istinadən verdiyi məlumata görə, Eyms 84 yaşında dünyasını dəyişib.

Aldriç Eyms, 28 aprel 1994-cü ildən bəri casusluqda günahlandırılaraq ömürlük həbs cəzasına məhkum edilmişdi. Onun casusluq fəaliyyəti, ABŞ üçün böyük təhlükə yaratmış və ən təhlükəli ikili agentlərdən birinə çevrilmişdi. Eyms, məxfi məlumatları Sovet İttifaqına, daha sonra isə Rusiyaya satırdı.

Eyms, 100-dən çox gizli əməliyyatı ələ keçirib və Qərb üçün işləyən 30-dan çox agentin şəxsiyyətini ifşa edərək onların öldürülməsinə səbəb olub. Onun əməliyyatları nəticəsində ən azı 10 MKİ agenti həyatını itirib.

Doqquz il ərzində Sovet İttifaqı ilə əməkdaşlıq edən Eyms, KQB daxilində “Ames” adı ilə tanınırdı və Sovet İttifaqında fəaliyyət göstərən demək olar ki, bütün MKİ agentlərini satmışdı. Bəzi agentlər ölüm hökmünə məhkum edilərək güllələnmişdi.

1985-ci ilin aprelində ilk casuslarını təhvil verdikdən sonra 50.000 dollar aldı. Sovet və Rus kəşfiyyat orqanları ilə doqquz il davam edən əməkdaşlıq müddətində Eymsə ümumilikdə 2,5 milyon dollar ödənilib.

1983-cü ildə Eyms ABŞ-a qayıdaraq MKİ-nin SSRİ-dəki əməliyyatlarına nəzarət edən bölmənin rəhbəri təyin edilmişdi. Burada o, çoxsaylı məxfi məlumatlara çıxış əldə etmişdi.

21 fevral 1994-cü ildə həbs olunan Eyms, günahını etiraf edərək istintaqla əməkdaşlıq etmişdi. Onun həbsi, MKİ üçün böyük bir uğur sayılırdı.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki