image-image_750x_69182b8d53ed5backend

” Heç vaxt spirtli içki içməmişəm” – Tramp

image-ads-728x90

ABŞ prezidenti Donald Tramp deyib ki, o, həyatında heç vaxt spirtli içki qəbul etməyib və narkotik qəbul etməyib.

Korrekt.az xəbər verir ki, o, bu barədə Britaniyanın GB News telekanalına müsahibəsində bildirib. Pis vərdişlərdən qurtulmağın çətin olduğunu vurğulayan prezident Tramp, “Həyatımda heç vaxt spirtli içki içməmişəm və narkotik maddə ilə məşğul olmamışam” deyib.

ABŞ prezidenti əlavə edib ki, o, uşaqlarına həmişə deyirdi: spirt, narkotik, siqaret yoxdur. Əgər başlamasanız, o qədər də uzun müddət asılılıq yaşamayacaqsınız. Xatırladaq ki, bu il prezident Trampın 79 yaşı tamam olub. Newsmax-a verdiyi müsahibədə Tramp bildirib ki, indi özünü 30 il əvvəlkindən daha yaxşı hiss edir.

image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki