image-media-iran-etiraz-2-1-900x506-1-24rv8wpt3bgs9z1chkun-620x460backend

” İranda baş verənlər artıq nəzarətdən çıxıb”- İqtisadçı alim 

image-ads-728x90

“İranda baş verən son hadisələr artıq nəzarətdən çıxıb və rəsmi Tehran vəziyyəti idarə edə bilmədiyini dolayısı ilə etiraf edir.” Bu fikirləri saytımıza açıqlamasında iqtisad elmləri üzrə fəlsəfə doktoru, iqtisadçı ekspert Arzuman Muradlı bildirib.

image-media-1-l9wmsuojpk06qn43v2hb

Ekspertin sözlərinə görə, nə güc strukturları, nə də hökumət rəsmiləri hadisələrin bu həddə çatacağını gözləyirdilər və ya bunu qəbul etmək istəmirdilər. Onun fikrincə, ölkədə yaranmış xaosun əsas səbəbləri qiymətlərin sürətlə bahalaşması və məmur özbaşınalığıdır.

“Bir ölkənin çökməsi iqtisadiyyatın düzgün idarə olunmamasının nəticəsidir. Son illərdə İran həm ciddi beynəlxalq sanksiyalarla üz-üzə qalıb, həm də iqtisadiyyata cavabdeh olan qurumlar vəziyyətə nəzarəti itirib”, – deyə Arzuman Muradlı vurğulayıb.

İqtisadçı-alim qeyd edib ki, hadisələrin gedişatı İran Prezidenti Məsud Pezeşkianın da vəziyyətə tam nəzarəti itirdiyini göstərir. Onun etirazların ilk günlərində səsləndirdiyi “dialoq quraq” və “etirazçılara atəş açmayın” çağırışlarının real təsiri olmayıb.

Arzuman Muradlının sözlərinə görə, İslam Keşikçiləri Korpusu faktiki olaraq öz bildiyi kimi hərəkət edir, qərarlar ali dini lider və sərt mövqedə olan generallardan gəlir. “Onların itirəcəyi heç nə yoxdur və bu səbəbdən sərt əmrlər verilir. Nəticədə zorakılığın miqyası genişlənib”, – deyə o bildirib.

Ekspert əlavə edib ki, Prezident Pezeşkianın son açıqlamaları da vəziyyəti dəyişmir.

“Prezident yenidən vətəndaşların dinc etiraz etmək hüququnu tanıdığını və hökumətin xalqın səsini dinləməyə hazır olduğunu desə də, paralel olaraq zorakılıq və iğtişaşlara qarşı sərt tədbirlərin görüləcəyini bildirib.”- deyə Arzuman Muradlı bildirib.

Arzuman Muradlının fikrincə, reallıqda təhlükəsizlik qüvvələri dinc etirazçılarla iğtişaşçılar arasında fərq qoymur və ölənlər arasında hər iki qrupun nümayəndələri var.

“Artıq dialoq imkanları tükənib və proses xarici müdaxilə riskini artırır”, – deyə ekspert qeyd edib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki