image-starlink-in-iran-1024x576backend

İranın internet qadağasına cavab: Minlərlə Starlink qəbuledicisi işə salındı 

image-ads-728x90

Dünən axşam Ərdəbil və Təbriz şəhərlərinin səmasında parlayan işıqların videoları sosial şəbəkələrdə paylaşılıb. Bununla əlaqəli “Fararu” saytı yazıb ki, bu işıqlar “Starlink” peykləri ilə bağlıdır.

Korrekt.az xəbər verir ki, İranda hökumətin interneti məhdudlaşdırmaq cəhdlərinə cavab olaraq, minlərlə Starlink qəbuledicisi işə salınıb. Bu addım vətəndaşların internetə çıxışını təmin etmək və kommunikasiya azadlığını qorumaq məqsədi daşıyır. (Independent Persian)

Starlink — ABŞ-nin SpaceX şirkətinə aid peyk internet şəbəkəsidir. Bu sistem dünyanın müxtəlif bölgələrinə sürətli və fasiləsiz internet bağlantısı təmin edir, xüsusilə yerli internetin kəsildiyi və ya zəif olduğu yerlərdə geniş istifadə olunur.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki