image-1backend

İsmayıllıda oğul söyüş söyən atasını öldürdü – Təfərrüat

image-ads-728x90

İsmayıllıda oğul atasını qətlə yetirib.

Hadisə rayonun Talıstan kəndində baş verib.

Kənd sakini, 1996-cı il təvəllüdlü Kənan Əzizov yaşadığı evdə atası Bəhlul Əzizov ilə mübahisə edib. Sərxoş vəziyyətdə olan ata oğlunu danlayıb və onu söyüb. Kənan dəfələrlə atasından söyüş söyməməyi xahiş etsə də, Bəhlul Əzizov buna məhəl qoymayıb.

Nəticədə ata-oğul arasında dava başlayıb. Dava zamanı Kənan mətbəxdən götürdüyü bıçaqla atasına 6 zərbə endirib. Bəhlul Əzizov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Kənan Əzizov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə K.Əzizov 9 il azadlıqdan məhrum edilib. (oxu.az)



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki