image-1backend

Partiya sədrindən Ərdoğana çağırış: “Bakıya get…”

image-ads-728x90

Türkiyənin Zəfər Partiyasının sədri Ümit Özdağ Prezident Rəcəb Tayyib Ərdoğana noyabrın 8-də Bakıda keçiriləcək Zəfər Günü tədbirlərində iştirak etmək çağırışı edib.

Korrekt.az xəbər verir ki, Özdağ Türkiyə ilə Azərbaycan arasında son dövrlərdə yaranan gərginliklə bağlı açıqlama verib. O bildirib ki, təxminən bir aydır iki ölkə arasında nifaq yaratmağa çalışan qüvvələrlə bağlı ictimaiyyəti məlumatlandırmağa və mümkün addımlar barədə fikirlərini çatdırmağa çalışır.

Partiya sədri qeyd edib ki, xəbərdarlıqlar vaxtında nəzərə alınaraq müvafiq addımlar atılsaydı, vəziyyətin hazırkı mərhələyə çatmasının qarşısını almaq mümkün olardı. Onun sözlərinə görə, bu halda Ankara Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı olmadan Türk Dövlətləri Təşkilatının sammitini keçirmək məcburiyyətində qalmazdı.

Ümit Özdağ Azərbaycan və Türkiyənin yalnız ortaq soy-kökə malik iki ölkə olmadığını, həm də geosiyasi baxımdan bir-birini tamamlayan və uzunmüddətli ortaq maraqlara sahib strateji tərəfdaşlar olduğunu vurğulayıb.

O, Prezident Rəcəb Tayyib Ərdoğanın noyabrın 8-də Bakıda keçiriləcək Zəfər Günü tədbirlərində iştirakının xüsusi əhəmiyyət daşıdığını bildirib:

“Prezident Ərdoğanın Zəfər Günü tədbirlərində iştirak etmək üçün Azərbaycana səfər edərək ölkəmizin dəstəyini və strateji müttəfiqliyimizi bir daha vurğulaması çox önəmlidir”.

Özdağ Azərbaycan Prezidenti İlham Əliyevin Ərdoğanı tədbirlərə dəvət edəcəyinə inandığını da ifadə edib. O, Əliyevin Azərbaycanın dünyadakı yeganə həqiqi ailəsinin türk dünyası olduğu barədə fikirlərini xatırladıb.

Partiya sədri çıxışında Azərbaycanın, Şimali Kipr Türk Cümhuriyyətinin və digər türk dövlətlərinin Türkiyə üçün əhəmiyyətini də qeyd edib.

“Bir insanın Azərbaycana, Şimali Kipr Türk Cümhuriyyətinə və digər türk cümhuriyyətlərinə baxışı bir nəzarət mexanizmidir. Onlar haqqında pis danışanlar Türkiyənin və türk millətinin dostu ola bilməz. Azərbaycan bizim can qardaşımızdır və əbədiyyətə qədər belə qalacaq”, – deyə Ümit Özdağ bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki