image-1backend

Demokratlardan  çağırış: Respublikaçıya dəstək verən konqresmen partiyadan qovulacaq

image-ads-728x90

ABŞ Konqresinin Nümayəndələr Palatasında bəzi demokratlar Miçiqan ştatından olan konqresmen Heyli Stivensin (Haley Stevens) Demokratlar Partiyasının fraksiyasından çıxarılmasını tələb edirlər.

Korrekt.az xəbər verir ki, buna səbəb Stivensin bazar günü partiya mövqeyindən kənara çıxaraq Respublikaçılar Partiyasının Senata namizədi Mayk Rocersə (Mike Rogers) dəstək verməsidir.

Məlumatda bildirilir ki, demokrat konqresmenin bu addımı partiya daxilində ciddi narazılığa səbəb olub. Bir sıra demokratlar onun fraksiyada qalmasına qarşı çıxaraq üzvlükdən kənarlaşdırılmasını istəyirlər.

Nəşr qeyd edir ki, Stivensin fraksiyadan xaric edilməsi ABŞ Nümayəndələr Palatasındakı Demokratlar Partiyası üçün qeyri-adi presedent olardı. Bu mübahisə həm də konqresmenə qarşı partiya daxilində narazılığın dərinliyini nümayiş etdirir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki