image-images-1backend

NÜMUNƏ GÖSTƏRİLMƏYƏ LAYİQ TİBB OCAĞI  

image-ads-728x90

Həkim soyuqqanlı, xoşxasiyyət və insanpərvər olmalıdır. O, sağalmaqda olan insan üçün mühafizəçi, sağlam şəxs üçün dost olmalıdır. O, xəstənin sağalmağa olan ümidini hər an dəstəkləməlidir.

 Hippokrat

İnsan üçün sağlamlıq bütün nemətlərdən və dəyərlərdən qiymətlidir. Lakin bəzən bu gerçəyi unudur, səhhətimizə biganə yanaşır, vaxtsız xəstəlik, dərd-bəla tapırıq. Bu isə çox vaxt çətin müalicə olunan xəstəliklərə gətirib çıxarır.Vaxtında səhhətinin qayğısına qalmayanın sonda xəstəxana yollarında ümid.çarə axtarmaqdan başqa yolu qalmır.

Bu gün həyatımızı, səhhətimizi etibar edə biləcək böyük tibb ordusuna malikik. Müalicə üçün getdiyimiz tibb ocaqlarında canımızı peşəkar həkimlərə etibar etməyə üstünlük veririk.Təbii ki.xəstə öz həkiminə inanarsa,onda mübarizə apardığı xəstəliyə də qalib gələ bilər. Sevindirici haldır ki,son illər həm tibb sahəsində,həm də peşəkar həkimlərimizin müasir tibb biliklərinin mənimsəmələrində böyük uğurlar göz önündədir.

Mən də tez-tez səhhəti ilə bağlı şikayətlənən əhali qismindən biri olaraq tibb sahəsi ilə əlaqələrimi olur. Yaxşı həkim onun davranışlarından,xəstə ilə təmaslarından özünü bəlli edir.

Uzun müddətdir ki,Səbayıl rayonu 2 saylı Şəhər poliklinikasında tibbi qeydiyyatdayıq. Buradakı nizam intizam,səliqə-sahman,tibb personalının öz işinə peşəkarcasına yanaşmasını qeyd etməmək mümkün deyildir.Həqiqətən də buradakı nizam-intizam şəhərimizin digər poliklinikaları üçün ideal tibb ocağı kimi  nümunə göstərilə bilər.Təbii ki, bu gözəl ab-hava,tibbi personalın öz işinə məsuliyyətlə,peşəkarcasına yanaşmalarının təməlində poliklinika rəhbərliyinin,xüsusən baş həkim Könül Mustafayevanın,baş həkimin müavini doktor Şahin Quliyevin,şöbə müdiri Rəna Həsənovanın həm tibbi,həm də idarəçilik bacarığlarının xüsusi yeri vardır.Onlara və burada çalışan bütün tibbi heyətə çətin,ancaq şərəfli  işdə uğurlar arzulamaq bizlərin vətəndaş məsuliyyətidir.

Mən poliklinikanın rəhbər və ya digər çalışanlarının əməyini yüksək qiymətləndirirəm.Əminəm ki.burada  tibbi qeydiyyatda olan  hər bir sakin mənimlə eyni fikirdədirlər.

2 saylı Şəhər  poliklinikasında çalışan hər bir həkim,tibb işçi yüksək mədəniyyətə,etimada, öz işinə peşəkarcasına yanaşan,nizam-intizamı sevən bir kollektivdir.Açığı indiyədək şəhərimizin bir çox poliklinikalarında olmuşam.Ancaq onların heç birində buradakı rahatlığı,diqqəti.xəstələrlə münasibəti görməmişəm.Məncə bu gün  bu poliklinika şəhərimizin ən nümunə göstəriləcək tibb ocaqlarından bəlkədə birincisidir.

Xoş sözlər deyərkən xüsusilə bir həkim haqqında yazmamağım mümkün deyildir. O sözün həqiqi mənasında həm peşəkarlığı,həm diqqətcilliyi,həm də bizim öyrəşdiklərimizə öyrəşməyən möcüzəvi” bir doktordur.Adı Furuq Talibi,ancaq hər kəsin Firuzə doktor kimi tanıdığı,sevdiyi terapevt həkimimizdir.Mən 25 ildən çoxdur ki,Furuq doktorun “nəzarəti”  altındayıq.Həqiqətən də nəinki bizi,sahəsində olan bütün ailələri tibbi baxımdan nəzarət altında saxlayır.Onların sağlamlığının qeydinə qalması üçün bütün tibbi presudurlara baş vurur.Məqsədi  isə ülvidir-hər bir sakini sağlam görmək.

Ümumiyyətlə, 2 saylı Şəhər poliklinikasında çalışan bütün həkim və tibb personalı xoş sözlərə,etimada layiqdirlər.

Bu gün bir çoxlarımızın bəzi tibb müəsissələrində problemlərlə,çətinliklər,əsəb və streslər üzləşdiyini nəzərə alaraq hələdə nümunə göstəriləcək tibb ocaqlarının varlığı gələcəyə ümidlə baxmağa imkan verir.

Məzahir Həsənov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki