image-d3f1b58e2df5975f66fc5f1f8288f040backend

“Almaniyanın keçmiş kəşfiyyat rəhbəri Azərbaycan üçün işləyib” – “Spiegel”dən inanılmaz və gülməli İDDİA

image-ads-728x90

Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri Avqust Hanninq ətrafında aparılan istintaqda Azərbaycanla bağlı diqqətçəkən məqam ortaya çıxıb.

Korrekt.az xəbər verir ki, Almaniyanın “BILD” nəşri “Spiegel”in araşdırmasına istinadən yazır ki, keçmiş kəşfiyyat rəhbəri Azərbaycan kəşfiyyatı üçün analiz hazırlamış ola bilər. İstintaqçılar məxfi məlumatların ötürülüb-ötürülmədiyini araşdırırlar.

“Spiegel”in məlumatına görə, casusluq şübhəsi ilə saxlanılan keçmiş BND rəhbəri Avqust Hanninqin Azərbaycan kəşfiyyatı ilə mümkün əlaqələrinə dair əlamətlər vardır.

Nəşr yazır ki, istintaqçılar Hanninqin Azərbaycan kəşfiyyatının əməkdaşı ilə əlaqədə olması ehtimalını araşdırırlar.

Almaniya Federal Baş Prokurorluğu 80 yaşlı Hanninqi keçmiş büro rəhbəri Manfred D. vasitəsilə məxfi BND sənədləri əldə etməkdə ittiham edir. İstintaqçıların məlumatına görə, Hanninq bu sənədlərdən xarici kəşfiyyat xidmətinin əməkdaşı üçün nəzərdə tutulan analiz hazırlamaq məqsədilə istifadə edib.

Sənədin həqiqətən ötürülüb-ötürülmədiyi davam edən istintaqın predmetidir.

Hanninqin Azərbaycanla əvvəlki əlaqələri də məlumdur. Belə ki, keçmiş BND rəhbəri Almaniya-Azərbaycan Forumunun idarə heyətinin üzvü olub. Tamamilə mümkündür ki, bu, Almaniya kəşfiyyatının iç çatışmalarına dayanan provokasiyadır. Yaşlı bir adamdan, Alman kəşfiyyatının rəhbəri olmuş birindən Azərbaycan casusu düzəltmək həm də gülməli görünür…

Hanninq çərşənbə axşamı saxlanılıb. O, dövlətə xəyanət məqsədilə casusluq, dövlətə xəyanətə cəhd və kəşfiyyat agenti fəaliyyəti şübhələri üzrə araşdırılır.

Eyni vaxtda onun keçmiş büro rəhbəri Manfred D. də saxlanılıb. İndiyədək əldə edilən məlumatlara görə, Manfred D. 2022-ci ilə qədər ödəniş müqabilində Hanninq üçün BND-dən minlərlə sənəd, o cümlədən məxfi materiallar əldə edib.

Hanninqin çərşənbə günü Federal Ali Məhkəmənin istintaq hakimi qarşısına çıxarılması nəzərdə tutulur.
Məsələ ilə bağlı Azərbaycan hələlik açıqlama verməyib.Musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki