Türk dövlətləri tarixin gedişini dəyişə biləcək gücə malikdir.
Korrekt.az xəbər verir ki, bu fikirləri Türkiyənin sabiq baş naziri Binəli Yıldırım Türk Dövlətləri Təşkilatının (TDT) XIII Zirvə toplantısı çərçivəsində Ankarada keçirilən “Fikirdən Dialoqa, İrəli” adlı Türk Dünyası Dialoq Forumunda çıxışı zamanı bildirib.
O qeyd edib ki, Orta Dəhliz türk dövlətlərinin iqtisadi inkişafına güclü təkan verəcək, eyni zamanda onların beynəlxalq iqtisadi sistemdəki mövqeyini möhkəmləndirəcək.
“Orta Dəhliz dünya iqtisadiyyatının inkişafına mühüm töhfə verəcək. Türk dövlətlərinin məhz bu marşrut üzərində nüfuzu və iqtisadi potensialı daha da artacaq”, – deyə Binəli Yıldırım vurğulayıb.





















