image-1backend

Jurnalistlə bələdiyyə sədri arasında qalmaqal: Təmraz Tağıyev jurnalistə nə yazıb?

image-ads-728x90

Facebook səhifəmdə İranın regiondakı ölkələri bombalaması barədə yazmışam. Təmraz Tağıyev adında bir məmur rəy yazıb məni İranı təbliğ etməkdə günahlandırır.

Belələri üçün deyirlər ki, iki eşşəyin arpasını bölə bilmir, amma adama ağıl qoymaq istəyir. Savadından, məntiqindən görünür ki, Nərimanov rayon bələdiyyəsinin sədri Təmraz Tağıyev elə eşşəklərə arpa bölə bilməyəcək dərəcədə küt imiş.

Rəyinə mən də, başqaları da cavab yazıb izah edirik ki, ay adam, xəbərlə təbliğat fərqli şeylərdi. Amma kimə deyirsən, yenə təkrar-təkrar yazdığını yazır.

Bir tərəfdən də fikirləşirəm ki, öz qohumu, keçmiş deputat Etibar Əliyevi təhdid edən birindən mənim kimi yad birinə qarşı bundan artıq davranış gözləmək olmazdı.

Ya da bəlkə yenə nəvəsi yaşında hansısa qızla içərək tarazlığını itirib, ağlına gələni facebookda izhar edib. Vaxtilə müdiri olduğu avtobazanı satıb yeyib. İndi o pullar hesabına məqam sahibi olub.

O qədər harınlayıb ki, Qərbi Azərbaycan TV-də çıxışında pulunun çox olduğunu bildirir. Yəqin pulunun çoxluğundan xərcləməyə yer tapmır, cavan qızlarla əylənir.

Mən Vətənimə, Millətimə bağlı adamam. Səni kimilərinin min rəyi mənim şəxsiyyətimə kölgə sala bilməz,Təmraz müəllim! Sənin dərsini bir dəfə vermişdim. Deyəsən təsiri gedib.İkincidən özünü qoru, ağıllı ol!

Sima Babayeva

Jurnalist



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki