image-1backend

Hörmüz boğazı Rusiya üçün açıqdır

image-ads-728x90

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Hörmüz boğazı Rusiya üçün açıqdır.

Korrekt.az xəbər verir ki, o, Yaxın Şərqdəki vəziyyəti çətin adlandırıb.

Fars körfəzindən neft ixracının əsas marşrutu olan Hörmüz boğazı Yaxın Şərqdəki hərbi əməliyyatlar səbəbindən faktiki olaraq bağlanıb . Münaqişə başlayandan bəri , yalnız məhdud sayda gəmi oradan keçə bilib. İran boğazdan düşmənlərinin keçidini bağlayacağını bildirib. 25 martda ölkənin xarici işlər naziri Abbas Əraqçi boğazın dost dövlətlər üçün açıq qaldığını bildirib. Bunlara Çin, Rusiya, Hindistan, İraq və Pakistan daxildir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki