image-1backend

İran ABŞ-ın görünməz sayılan   təyyarəsini vurdu – FOTOLAR

image-ads-728x90

İran dövlət televiziya kanalı Press TV ABŞ-a məxsus F-35 qırıcı təyyarəsinin vurulduğunu iddia edib və ilk dəfə olaraq təyyarənin qalıqlarının görüntülərini yayıb. Əgər iddialar təsdiqlənsə, bu, döyüşdə vurulan ilk  F-35 təyyarəsi olacaq.

Korrekt.az xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusu (İİKK) açıqlamasında bildirib ki, F-35 təyyarəsi inkişaf etmiş hava hücumundan müdafiə sistemi ilə birlikdə İranın mərkəzi hava məkanında vurulub. Bəyanatda vurulan təyyarənin ABŞ istehsalı olduğu və pilotun taleyinin hələ məlum olmadığı qeyd olunub.

Press TV xəbər verir ki, vurulan təyyarə Böyük Britaniyadakı Leyknhit Hərbi Hava Qüvvələri bazasına məxsus eskadrilyaya aid idi və ABŞ Hərbi Hava Qüvvələrinin şəxsi heyəti ilə bağlıdır.

Hadisə F-35 təyyarələrinin istismar tarixində bir ilkdir. Gizli (low radar) texnologiyasına sahib F-35, xidmətə girdiyi gündən bəri döyüş meydanında heç vaxt düşmən atəşi ilə vurulmamışdı.

Lakin ABŞ ordusu indiyə qədər bu iddiaları təsdiqləməyib. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) daha əvvəl İranın vurduğu F-35-in region ölkələrindən birindəki bazaya “sərt eniş” etdiyini açıqlamışdı. Eyni zamanda, İran 19 martda da ABŞ-a məxsus F-35 təyyarəsini vurduğunu, dünən isə İsrailin F-16 təyyarəsinin vurulduğunu iddia etmişdi.

İranın paylaşdığı şəkillər və videolar təyyarənin məhv olmasını əks etdirir, lakin ABŞ tərəfi hələ də hadisəni təsdiqləməyib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki