image-media-1-1szyit8kqwbfaujr6h7obackend

ABŞ və İsrailin İran savaşında uğur qazanmaq şansı artıq yoxdur – Politoloq

image-ads-728x90

“ABŞ və İsrailin İrana qarşı hücumlarından sonra dünyada Tehrana dəstək verən ölkələrin sayı artır.”- bu barədə saytımıza açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

Politoloqun  sözlərinə görə, bunun əsas səbəbi ABŞ və İsrailin apardığı hərbi əməliyyatların qlobal miqyasda yaratdığı təsirlərdir.

Politoloq qeyd edib ki, müxtəlif ölkələrin SEPAH-ı terror təşkilatı elan etməsinə baxmayaraq, bu addım İranda hakimiyyət dəyişikliyinə səbəb olmayıb. Əksinə, mövcud vəziyyətdə taktiki olaraq hakimiyyətin SEPAH-ın nəzarətinə keçdiyi iddia olunur.

Arzuman Muradlının fikrincə, hazırda İranda real idarəetmənin kimə məxsus olduğu qeyri-müəyyən olaraq qalır.

Arzuman Muradlı bildirib ki, ölkənin ali lideri Əli Xamenei fevralın 28-dən etibarən ictimaiyyət qarşısında görünməyib və bu da müxtəlif iddiaların yaranmasına səbəb olub.

Politoloq əlavə edib ki, rəsmi olaraq ölkəyə rəhbərlik edən prezident Məsud Pezeşkian olsa da, onun real qərarvermə imkanlarının məhdud olduğu iddia edilir. Belə ki, prezidentin bəzi kadr təyinatları SEPAH tərəfindən bloklanıb və mühüm postlara təyinatlar faktiki olaraq hərbi dairələrin iradəsi ilə həyata keçirilib.

Politoloqun fikrincə, yaranmış vəziyyət fonunda ABŞ-ın İranla apardığı danışıqların effektivliyi sual altındadır.

O vurğulayıb ki, Vaşinqtonun rəsmi olaraq tanıdığı siyasi rəhbərliklə aparılan danışıqlar real güc mərkəzlərini əhatə etmir.

Arzuman Muradlı hesab edir ki, hazırkı şəraitdə SEPAH və onun ətrafında formalaşmış hərbi qərarverici mexanizm İranın daxili və xarici siyasətində həlledici rol oynayır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki