image-1backend

Türkiyədə təyyarədə “intiharçı” zarafatı 4 illik həbs cəzası ilə nəticələndi

image-ads-728x90

Türkiyədə bir sərnişinin təyyarədə etdiyi zarafat ciddi hüquqi nəticələrə səbəb olub. İstanbuldan Şanlıurfaya uçan təyyarədə bir sərnişin bacısını zarafatla “intiharçı” adlandırıb və bu, təyyarədə təhlükəsizlik prosedurlarının dərhal tətbiqinə səbəb olub.

Hadisə zamanı sərnişinlər təxliyə edilib, təyyarədə hərtərəfli axtarış aparılıb və uçuş təxminən üç saat gecikib.

İstintaq zarafatı təsdiqləsə də, məhkəmə bu hərəkəti hava nəqliyyatının təhlükəsizliyini təhlükə altına qoyan ciddi bir addım kimi qiymətləndirib. Nəticədə, təqsirləndirilən şəxs 4 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Bundan əlavə, aviaşirkət maddi ziyana görə kompensasiya tələb etməyə hazırlaşır. Höküm qüvvəyə minərsə, məhkum həbsxanaya göndəriləcək.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki