image-1backend

SON DƏQİQƏ: SEPAH-ın ikiüzlü siyasəti: “ Naxçıvana hücum Bakıya xəbərdarlıq idi”

image-ads-728x90

Bu gün Naxçıvan hava limanına İran tərəfindən dron zərbəsi endirilməsindən sonra SEPAH (İslam İnqilabının Keşikçiləri Korpusu) öz “Telegram” kanalında Naxçıvana hücumun məqsədli olduğunu etiraf edib.

Korrekt.az xəbər verir ki, daha öncə təkzib edən SEPAH, indi isə  Azərbaycana qarşı əsassız ittiham irəli sürüb: “Naxçıvan hava limanına – xüsusilə də “sionist rejim” və ABŞ zabitlərinin ölkəmizin infrastrukturuna hücumları planlaşdırdığı və idarə etdiyi hissəyə – hücum həyata keçirən PUA “Arash-2” dronu olub və həmin məntəqə darmadağın edilib. Düşmən bunu özü görür və bilməlidir ki, İran heç kimlə nə zarafat edir, nə də güzəştə gedir. Bu qurğu 120 kiloqramlıq döyüş başlığına və çox yüksək məhvetmə gücünə malikdir və ordunun quru qoşunları tərəfindən istifadə olunur. Bu isə Bakının “muzdlu” və “xəyanətkar rejimin”ə verilən sadəcə bir xəbərdarlıq zərbəsi idi”.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki