image-1backend

Lənkəranda biabırçı mənzərə: Təhsilin yolu palçığa düşüb – Foto

image-ads-728x90

Lənkəran şəhər 7 saylı orta məktəbə gedən yolun bərbad vəziyyəti sakinlərin və valideynlərin narazılığına səbəb olub.

Sözügedən məktəb rayon üzrə bir çox imtahanların, müxtəlif təhsil tədbirlərinin və rəsmi görüşlərin keçirildiyi əsas təhsil ocaqlarından biridir.

Bildirilib ki, Elm və Təhsil Nazirliyinin nümayəndələri, müxtəlif rəsmi şəxslər və qonaqlar da vaxtaşırı bu məktəbə gəlirlər.

Lakin məktəbə aparan yolun vəziyyəti həm məktəbin nüfuzuna, həm də ümumilikdə şəhərin görünüşünə ciddi xələl gətirir.

Fotodan da görünür ki, məktəbə gedən yol tamamilə yararsız hala düşüb. Çala-çuxur, palçıq və baxımsızlıq səbəbindən həm nəqliyyat vasitələrinin, həm də piyadaların hərəkəti çətinləşib.

Xüsusilə nəzərə alınsa ki, bölgənin mühüm təhsil tədbirləri məhz bu məktəbdə keçirilir, o zaman ortaya haqlı sual çıxır: Lənkərana gələn rəsmi qonaqlara doğrudanmı bu mənzərə təqdim olunur?

Sakinlər aidiyyəti qurumları məsələyə təcili müdaxilə etməyə və məktəbə gedən yolun təmirini təmin etməyə çağırırlar.Tribuna.az



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki