image-img-20260403-wa0098backend

Azərbaycan nümayəndə heyəti Trabzon bələdiyyə başqanı ilə görüşdü – FOTOLAR 

image-ads-728x90

Azərbaycanın sağlamlıq turizmi sahəsində fəaliyyət göstərən şirkətlərin əməkdaşlarından ibarət nümayəndə heyətinin Türkiyənin Trabzon şəhərinə işgüzar səfəri davam edir. Korrekt.az xəbər verir ki, nümayəndə heyətinin üzvləri səfər çərçivəsində Trabzon bələdiyyə başqanı Ahmet Metin Gençi ilə görüşüblər. Görüş zamanı turizmin inkişafı və gələcək əməkdaşlıq barədə müzakirələr aparılıb.
Nümayəndə heyətinin rəhbəri  Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin üzvü, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev səmimi qəbula görə Ahmet Metin Gençə təşəkkür edib. Səmimi və işgüzar şəraitdə baş tutan görüş zamanı tərəflər arasında sağlamlıq turizmi sahəsində əməkdaşlıq perspektivləri, qarşılıqlı təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.
Görüşün sonunda tərəflər bir-birinə xatirə hədiyyələri təqdim edib və gələcək əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində qarşılıqlı niyyət ifadə olunub.

 

 



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki