image-1backend

Maduro hakimiyyətdə qalmaq üçün TRAMPA sərvət təklif etdi: Bütün neft yataqları…  

image-ads-728x90

Venesuela prezidenti Nikolas Maduro, ölkənin bəzi neft yataqlarına ABŞ-ın nəzarət etməsini təklif edib. Korrekt.az xəbər verir ki, “The New York Times” qəzetinin məlumatına görə, Maduro, hərbi münaqişədən qaçmaq məqsədilə ABŞ prezidenti Donald Trampa belə bir təklif irəli sürüb. Təklifin mahiyyəti, ABŞ-a Venesuelanın enerji resurslarının əhəmiyyətli bir hissəsinə nəzarət etmək hüququ verməkdir.

Qəzetin mənbələrinə görə, Tramp bu təklifi rədd edib, lakin məsələnin müzakirəsi tam dayanmayıb. Eyni zamanda, “The New York Times”ın yazdığına görə, ABŞ-ın Venesuela sahillərinə təyyarədaşıyan qrupunu yerləşdirməsi, Karakas üzərində təzyiq yaratmaq məqsədi daşıyır.

Anonim bir Avropa rəsmisi qəzetə bildirib ki, ABŞ rəsmiləri Vaşinqtonun “sadəcə gərginliyi artırdığını” və Maduronun ölkəni tərk edəcəyinə, ya da həbs edilərək ABŞ-a təhvil veriləcəyinə ümid etdiklərini vurğulayıb. Qərb mətbuatı iddia edir ki, əgər Maduronun bu təklifi reallığı əks etdirsə xalq onu devirəcək.

image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki