image-image_870x_6916e5bf24d3abackend

Müğənnilərin qorxduğu nazirlik əməkdaşı Mənzər Nurəliyeva kimdir? – ŞOK İTTİHAMLAR

image-ads-728x90

Müğənni Nura Suri Mədəniyyət Nazirliyi ilə bağlı yenidən ağır ittihamlar səsləndirib.

Korrekt.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında fikirlərini bölüşən ifaçı nazirlik əməkdaşının əməllərini ifşa edib.

“Mədəniyyət Nazirliyində Nərminə adlı xanım mənə köhnə “Mədəniyyət evi” verməyi və onu təmir etdirməyimi dedi. Bu xanım müğənniləri bir-bir bölgələrdə atılmış “Mədəniyyət evləri”nə direktor təyin edirdi. Əlbəttə, dövlət hesabına nazirlik pul siləcəkdi, müğənnilər öz cibindən binanı təmir etdirəcəkdi və “Mədəniyyət evi”nin işçisisən deyə sənin təqdimatın veriləcəkdi, ad alacaqdın. Mənə də “Əməkdar artist” adı almaq üçün belə bir təklif verilmişdi. Əslində o dönəmlərdə ürəyimdən keçdi, amma valideynlərim yeyinti olacağı deyib icazə vermədilər. Mənim dəyişməməyimin səbəbi də ətrafımda məhz belə vicdanlı insanların olmasıdır. Rüşvət verib nəsə etmək həm dövləti, həm də xalqı aldatmaqdır”.

Müğənninin paylaşdığı videonun şərh bölümündə həmkarı Almaxanım Əhmədova da tənqidi ifadələr səsləndirib.O,Mədəniyyət Nazirliyinin dövlət əhəmiyyətli tədbirlərin təşkili sektorunun müdiri Mənzər Nurəliyevanı ittiham edib.

“Əslində bir çox sənətçilər gözəl bilirlər ki, Mənzər necə adamdır. Amma qorxduqları üçün susurlar. Çünki Mənzər onlara dövlət tədbirlərində qara siyahıya atmaq bəhanəsiylə hədə-qorxu gəlir. Və vaxtiykən bu sənətçilərin çoxu belə tədbirlərdə iştirak üçün Mənzərə az pay-puş verməyiblər. Ona görə də dillənə bilmirlər. Bunu sübut eləmək üçün əlimizə səs yazan gəzməli deyilik. Gördüyümüzü deyirik. Bunu bir nəfər desəydi, inandırıcı olmazdı. Amma bir çoxu Mənzərdən narazıdı. Mədəniyyət nazirinin (Adil Kerimli) qabağında mənim, Nura xanımın, Pərviz Qasımovun, kamança ifaçısı Şəhriyarın, Elvin Novruzovun, Pərviz Fərhadovun, müğənni Təranə Mahmudovanın , tarzən Məsim İslamovun və bir çoxlarının şikayət ərizəsi (Mənzərdən) var. 20 – yə yaxın şahid özü də böyük göstəricidi”,-deyə müğənni bildirib.

image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki