image-d31ae3d5beceb122ab0771825d9d3fe1backend

Müştəriləri aldatmaqda yarışa girənlər: “Kontakt Home”, “Baku Electronics” və… – AÇIQLAMA  

image-ads-728x90

İstehlakçı hüquqlarının pozulması ilə bağlı müraciətlər Azərbaycanda vətəndaşların gündəlik alış-veriş zamanı üzləşdiyi problemləri yenidən gündəmə gətirir. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə bu ilin yanvar–avqust aylarında istehlakçıların aldadılması ilə bağlı 396 müraciət daxil olub. Onlardan 306-sına baxılıb, 130-u təmin edilib, 17 inzibati protokol tərtib olunub.

Paltaryuyan maşında heç vaxt yuyulmayacaq 5 ƏŞYA

Bəs istehlakçılar hüquqları pozulduqda özlərini nə dərəcədə qoruya bilirlər? Ən çox hansı hallarla bağlı şikayət var: malın qiymətinin kassada fərqli hesablanması, çəkidə aldatma, keyfiyyətsiz və ya saxta məhsul satışı, zəmanət öhdəliklərinin yerinə yetirilməməsi, yoxsa başqa pozuntular?

İstehlakçıların hüquqlarının müdafiəçisi Eyyub Hüseynov Musavat.com-a bildirib ki, belə bir hesabatın açıqlanması sevindirici haldır: “Ancaq hökumətin istehlakçı siyasəti tamamilə dəyişməlidir. Son illərdə bizə daxil olan şikayətlərin böyük hissəsi mürəkkəb texniki vasitələrlə bağlıdır. Paltaryuyan maşınlar, telefonlar və digər elektron avadanlıqlarla əlaqədar istehlakçıların aldadılması halları geniş yayılıb. Bu sahədə istehlakçını aldatmaq yarışı mövcuddur. Fikrimcə, bu məsələdə ön sıralarda “Kontakt Home”, “Baku Electronics” və digər şirkətlər dayanır. Dəfələrlə təklif etmişəm ki, mürəkkəb texniki vasitələr satan şirkətlərin nümayəndələri bir yerə toplansınlar. Onlara demək istədiyim söz var. İstehlakçıların başına gətirilənlərə münasibətdə şirkətlərin bir cümlə ilə kifayətlənməsi qəbuledilməzdir: “Pulunu vermişəm, mənə yenisini verin”. Biz belə yanaşmadan razı deyilik”.

Eyyub Hüseynov AQTA-nı tənqid etdi: “Qab yuyulan yerlərdə kirli arvadlar  oturub, yağın içində…” Pravda.az

Ekspertə görə, qiymət məsələsində də istehlakçıların aldadılması geniş yayılıb: “Məsələn, malın qiymətinin kassaya çatanda dəyişməsi, qiymət etiketində aşağı məbləğ göstərildiyi halda ödəniş zamanı daha yüksək məbləğ tələb olunması ciddi problemlərdəndir. Təəssüf ki, bu hallar həllini tapmır. Ərzaq məhsulları ilə bağlı istehlakçı narazılığı yaranarsa, vətəndaşlara “199 Qaynar Xətti”nə müraciət etməyi tövsiyə edirəm. İstehlakçılar bizim quruma ərizə ilə müraciət etsələr, onların hüquqlarını qorumağa çalışarıq. Birliyə daxil olan şikayətlərin təxminən 70 faizini danışıq yolu ilə həll edirik. Həll edə bilmədiyimiz şikayətləri isə aidiyyəti dövlət qurumuna göndəririk.

Lakin aidiyyəti qurumdan da çox vaxt belə cavablar gəlir:  “Məktub göndərdik, onlar belə dedilər, biz də belə cavab verdik. Buyurun, məhkəməyə müraciət edin”.

Bu yanaşma problemi həll etmir. İstəyirəm ki, ölkədə mükəmməl istehlakçı siyasəti formalaşdırılsın və adı çəkilən Antiinhisar qurumunun yoxlama imkanları artırılsın”.

Eyyub Hüseynov qeyd edib ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin imkanları məhduddur: “Yoxlama aparmaq üçün uzun prosedurlardan keçmək, əsaslandırmalar təqdim etmək və bir sıra bürokratik tələbləri yerinə yetirmək lazımdır. Bu bürokratiya aradan qaldırılmalıdır. Ən azı, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Qida Təhlükəsizliyi Agentliyi istehlakçı şikayətləri və mediada dərc olunan materiallar əsasında yoxlamalar həyata keçirməlidir. Bu baş vermədikcə, istehlakçı hüquqları acınacaqlı vəziyyətdə qalacaq. Bir çox dövlət qurumları istehlakçılara diqqətli olmağı, məhsulları yoxlamağı və digər tədbirləri özlərinin görməli olduğunu bildirirlər. Reallıq baxımından bu tövsiyələr müəyyən mənada məntiqli görünə bilər. Lakin məntiqsiz olan odur ki, Azərbaycanda istehlakçıların özlərini qorumaq məcburiyyətində qaldıqları bu şəraitdə “cəngəllik qanunları” da işləmir”.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki