image-1backend

Əraqçı ABŞ-İsrail münasibətlərini “parazit” xarakterli adlandırıb

image-ads-728x90

İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ ilə İsrail arasındakı münasibətləri birtərəfli və “parazit” xarakterli adlandıraraq Vaşinqtonun bu əməkdaşlıq çərçivəsində böyük hərbi və maliyyə yükü daşıdığını iddia edib.

Korrekt.az xəbər verir ki, Əraqçı bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Nazirin sözlərinə görə, ABŞ İsrailin raketdən müdafiə sistemlərinə 11 milyard dollar vəsait xərcləyib. O, həmçinin Vaşinqtonun İsraili qorumaq məqsədilə İsrail ordusunun özündən daha çox raket əleyhinə ələkeçirici vasitə yerləşdirdiyini iddia edib.

Əraqçı bu fikirləri ilə ABŞ-nin İsrailin müdafiəsinə çəkdiyi xərcləri gündəmə gətirərək iki ölkə arasında hərbi əməkdaşlığı tənqid edib.

Qeyd edək ki, nazirin səsləndirdiyi rəqəmlər və iddialar onun öz açıqlamasına əsaslanır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki