image-1backend

Milli Qəhrəmanın anası VƏFAT ETDİ-FOTO

image-ads-728x90
Azərbaycanın Milli Qəhrəmanı Əlabbas İsgəndərovun anası dünyasını dəyişib.

Korrekt.az  xəbər verir ki, mərhum Ağdam rayonunun Kürdlər kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Əlabbas Qara oğlu İsgəndərov 1958-ci il iyulun 25-də Ağdam rayonunun Kürdlər kəndində anadan olub. O, 1991-ci ildə Ağdam özünümüdafiə batalyonuna könüllü qoşulub.

Milli Qəhrəman 1992-ci ildə Umudlu kəndində mühasirədə qalan 40-a yaxın döyüşçünün xilas edilməsində böyük qəhrəmanlıq göstərib. O, həmin il martın 4-də Qazançı kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.

Göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Prezidentinin 13 avqust 1992-ci il tarixli fərmanı ilə Əlabbas İsgəndərova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Allah rəhmət eləsin!Musavat.com

Əlabbbas.png (37 KB)



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki