Ermənistanın baş naziri və hakim “Vətəndaş Müqaviləsi” Partiyasının sədri Nikol Paşinyan Vagharşapat (Eçmiadzin) icmasının şurası üzrə keçirilmiş seçkilərdə niyə hakim partiyanın qalib, müxalifətin isə məğlub olduğunu izah edib.
Korrekt.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
“Vagharşapat seçkilərində niyə ‘Vətəndaş Müqaviləsi’ qalib gəldi, müxalifət isə uduzdu – bunu çox müzakirə edirlər. Bunun bir qlobal səbəbi var: müxalifət qiyamət haqqında danışırdı, ‘Vətəndaş Müqaviləsi’ isə həyat haqqında. İnsanlar sadəcə həyatı seçdilər, insanlar sadəcə yaşamağı seçirlər. Mənim müvəqqəti fikrimcə, 2026-cı ildə parlament seçkilərində də belə olacaq. Çünki biz birlikdə ağır sınaqlardan keçərək apokalipsisi geridə qoyduq, bu gün və gələcək isə yalnız həyatdır.Musavat.com





















