Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixailo Podolyakın Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin Ukraynaya mümkün ekstradisiyası ilə bağlı açıqlamalarını ciddi qəbul etmək olmaz.
Korrekt.az xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib. Bundan əvvəl Podoliak Gürcüstanın “TV Pirveli” telekanalına müsahibəsində bildirmişdi ki, Kiyev Saakaşvilinin Ukraynanın tamhüquqlu vətəndaşı olduğu üçün onun Gürcüstandan qaytarılması üçün fəal işləyir.
Onun sözlərinə görə, bu məsələ Ukraynanın gündəmindədir.





















