Gürcüstanda yaşayan vətəndaşlarımızın nəzərinə!
Səyyar ASAN xidmət Tbilisiyə gəlir!
Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində 5, 6 və 7 iyun 2026-cı il tarixlərində vətəndaşlarımız üçün aşağıdakı xidmətlər göstəriləcək:
✅ Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
✅ Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
✅ Məhkumluq barədə arayışların verilməsi.
📅 Müraciət qaydası:
Xidmətlərdən yararlanmaq üçün mütləq Elektron Növbə Portalından növbə götürmək lazımdır:
Vacib qeyd: Portalda Səfirliyi seçdikdən sonra müvafiq xidməti və tarixi (5, 6 və 7 iyun) qeyd etməyi unutmayın.
📍 Ünvan: Tbilisi şəhəri, Vaxtanq Qorqasali küçəsi 4.





















