Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Qarabağa səfər edəcək.
Korrekt.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.
Paylaşımda deyilir: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin dəvəti ilə Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan 2026-cı il noyabrın 8-də Qarabağa səfər edəcək. Azərbaycanın Zəfər Günü münasibətilə baş tutacaq bu səfər çərçivəsində Prezidentlər Türkiyə-Azərbaycan əməkdaşlığının müxtəlif aspektlərini nəzərdən keçirmək, həmçinin regional və qlobal proseslər ətrafında fikir mübadiləsi aparmaq məqsədilə ikitərəfli görüş keçirəcəklər“.Musavat.com






















