image-erdoganjpg-1794218914backend

Ərdoğan: Qardaşlığımıza heç kim kölgə sala bilməz

image-ads-728x90

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Bakıvaxtı.az xəbər verir ki, Ərdoğan Türkiyə və Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlı olduğunu bildirib.

O, fitnə ocaqlarına baxmayaraq, iki ölkənin əməkdaşlığının bir çox sahədə meqa layihələrlə daha da möhkəmləndirildiyini qeyd edib.

“Qardaşlığımıza heç kim kölgə sala bilməz”, – Türkiyə Prezidenti vurğulayıb.

Ərdoğan, həmçinin iki ölkə arasına məsafə qoymağa çalışanların xalqların bir-birinə olan sevgisini, tarixi bağlarını və sarsılmaz iradəsini nəzərə almadıqlarını bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki