İllərdir fəaliyyət göstərməyən peşə liseyi sökülərək yerində yaşayış kompleksi inşa ediləcək. Bu iddia ilə Sumqayıtda yerləşən keçmiş 35 saylı peşə məktəbininin binasında məskunlaşan sakinlər xəzərxəbərə müraciət edib.
Korrekt.az xəbər verir ki, sakinlərin sözlərinə görə, istismar müddətini bitirən binada 2011-ci ildən 4 ailə məskunlaşıb. Onlardan 2 ailənin məcburi köçkün olduğu bildirilir.
Binanın söküləcəyi ilə bağlı onlara məlumat verilsə də, köçürülmə, yaşayış yeri ilə təminat və digər məsələlərin hansı prosedurla həyata keçiriləcəyi barədə heçnə deyilməyib.
Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətindən bildirildi ki, sözügedən ərazidə yaşayış binasının tikintisi nəzərdə tutulmayıb.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən isə bildirildi ki, Ərazidə mövcud peşə təhsili infrastrukturunun yenilənməsi və müasir standartlara cavab verən, müasir infrastrukturlu yeni peşə təhsili müəssisəsinin inşası planlaşdırılır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.Xezerxeber.az




















