image-1backend

Ərdoğan sabah Azərbaycana səfərə gəlir

image-ads-728x90

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də – Zəfər Günündə Azərbaycana işgüzar səfər edəcək.

Bildirilib ki, səfər çərçivəsində Türkiyə Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Görüş zamanı Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişaf etdirilməsi və strateji tərəfdaşlığın dərinləşdirilməsi, Bakı-İrəvan və Ankara-İrəvan münasibətlərinin perspektivləri, Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya prosesinin gücləndirilməsi, eləcə də regional və beynəlxalq gündəmdəki aktual məsələlər müzakirə olunacaq.

Tərəflərin, həmçinin Yaxın Şərqdə, Fars körfəzi hövzəsində və İran ətrafında cərəyan edən prosesləri, onların regionun təhlükəsizliyinə və geosiyasi vəziyyətə mümkün təsirlərini ətraflı müzakirə edəcəkləri gözlənilir.

Səfər çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğanın 8 Noyabr – Zəfər Günü münasibətilə keçiriləcək rəsmi tədbirlərdə də iştirakı nəzərdə tutulur.

Türkiyə Prezidentini Azərbaycana səfəri zamanı bir sıra nazirlər və hökumət rəsmiləri müşayiət edəcəklər.

Planlaşdırılan görüş və tədbirlər başa çatdıqdan sonra Rəcəb Tayyib Ərdoğan Türkiyəyə qayıdacaq.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki