image-1backend

Toyda aşdan kütləvi zəhərlənmə: Çoxsaylı adam xəstəxanaya yerləşdirildi  

image-ads-728x90

Türkiyədə 72 nəfər toyda verilən toyuqlu aşdan zəhərlənib.

Korrekt.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat verir.

Qeyd olunub ki, hadisə Trabzonun Ortahisar rayonunda bəy evində keçirilən toyda baş verib.

Belə ki, toyda paylanılan toyuqlu aşdan yeyən qonaqlar bir müddət sonra özlərini pis hiss etməyə başlayıblar. İlkin tibbi yardım alan vətəndaşlar Sürmənə dövlət xəstəxanasına və ətraf rayondakı tibb müəssisələrinə yerləşdiriliblər. Onlara müvafiq köməklik göstərilib. Faktla bağlı araşdırma aparılır.

image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki