Türkiyədə saxlanılan digər şəxs Əhməd Sapadır.
Korrekt.az xəbər verir ki, “Köklü Değişim Media” şirkətinin nümayəndəsi Əhməd Sapa 27 oktyabr səhəri Hatayda saxlanılıb. O, evində nəzarətə götürülüb.
O, sosial mediada Azərbaycana qarşı şərhlərə görə iş üzrə ittiham olunan üçüncü şəxsdir: Bundan əvvəl Məhəmməd Emin Yıldırım və Fatih Ərşahin saxlanılıblar.
Hər üçü xarici dövlət başçısını təhqir etməkdə ittiham olunur.





















